“Neftin qiyməti 65 dolları keçsə, OPEC+ dayandırıla bilər”  

0
209

Qlobal bazarda neft qiymətləri 65 dollar/barel həddinin üzərində dayanıqlı şəkildə sabitləşərsə, OPEC+ anlaşması dayandırıla bilər. “Report” Rusiya mətbuatına istinadən xəbər verir ki, bu açıqlama ilə Rusiyanın “LUKoil” şirkətinin prezidenti Vahid Ələkbərov çıxış edib.
“Neftin 65 dollar/barel səviyyəsi bütün bazar iştirakçılarını qane edir”, – deyə V.Ələkbərov “Bloomberg” agentliyinə açıqlamasında bildirib.
“LUKoil” şirkətinin prezidenti qeyd edib ki, əgər OPEC+ anlaşması dayandırılarsa, yəni hasilata məhdudiyyətlər aradan qaldırılarsa, o zaman onun rəhbərlik etdiyi şirkət qərardan 2 həftə sonra hasilatı artıra bilər.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

ten + 15 =