Neft üçün sevindirici 2017-ci il PROQNOZU

0
637

Beynəlxalq Enerji Agentliyi neft bazarının 2017-ci ildə tarazlığa qovuşacağını açıqlayıb.

 

Publika.az “Bloomberg”ə istinadən xəbər verir ki, təşkilatın hesabatına görə, istehlakın gözləniləndən daha güclü olması və neft təchizatındakı axsamalar vəziyyətə təsir edib. Bununla belə anbarların dolu olması neftin qiymətini hələ də ucuz saxlayacaq.

 

Neftin  qiymətləri fevral ayında müşahidə edilən son 12 ilin ən aşağı qiymətindən 80 faiz artıb. Hazırda neftin qiymətinin yüksək olmasına istehsaldakı azalmalar, Kanadadakı meşə yanğınlarının şirkətlərin fəaliyyətlərini axsatması və Nigeriyada vəziyyətin qarışması ilə bağlıdır.

BIR CAVAB BURAXIN