Nazirlikdən polis məntəqəsində baş verən partlayışla bağlı açıqlama

0
590

Daxili İşlər Nazirliyi (DİN) Zaqatalada polis məntəqəsində baş verən partlayışla bağlı məlumat yayıb.

“Zaman.az”ın DİN-in saytına istinadən verdiyi məlumata görə, mayın 1-də saat 07.30 radələrində Zaqatala RPŞ İctimai Təhlükəsizlik Bölməsinin sahə rəisi, polis kapitanı Rövşən Balıyev Əliabad qəsəbəsi ərazisində yerləşən polis məntəqəsinin qapısını açarkən partlayış baş verib.

Nəticədə məntəqənin qapı və pəncərə şüşələri dağılmış, xəsarət almış R.Balıyev DİN-in A.Heydərov adına Respublika Hospitalına yerləşdirilib.

Partlayışın qumbara partlamasından baş verməsi ehtimal olunur.

BIR CAVAB BURAXIN