Nazir: “ÜDM-in 4,5 faizini turizm gəlirləri təşkil edir”

0
544

“Azərbaycanda Ümumi Daxili Məhsulun 4,5 faizini turizmdən gələn gəlirlər təşkil edir”.

 

APA-nın məlumatına görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycan Dövlət İqtisad Universitetində keçirilən “Azərbaycanda turizm: strateji baxış” mövzusunda ictimai müzakirə zamanı deyib.

 

Nazir bildirib ki, son illər Azərbaycanda dünya miqyasında tanınan brend hotellər istifadəyə verilib: “Təsadüfi deyil ki, Dünya İqtisadi Forumunun 2015-ci il üçün “Səyahət və Turizm Rəqabətliliyi Hesabatı”nda Azərbaycan 141 ölkə arasında insan resursları və əmək bazarı göstəricisinə görə 36-cı yerdədir. Hazırda Azərbaycanda 300-ə yaxın turizm şirkəti və 570-dən çox yerləşdirmə yerləri fəaliyyət göstərir. Son 10 il ərzində ölkəmizə gələn turistlərin sayı 5 dəfədən çox artıb”.

 

Ə. Qarayev turizm sənayesinin inkişafının yeni iş yerlərinin açılmasına müsbət təsirlər göstərdiyini söyləyib. Nazirin sözlərinə görə, mədəniyyət və turizmin qarşılıqlı inkişafı istiqamətində həyata keçirilən tədbirlər sürətləndiriləcək.

Sosial səhifələrdə paylaş

BIR CAVAB BURAXIN