NAZİR NƏCMƏDDİN SADIKOVUN OĞLUNU İŞDƏN ÇIXARDI – “Artıq əməkdaşımız deyil”

0
495

Vergilər Nazirliyində növbəti kadr dəyişikliyi baş verib.

Vergilər naziri Fazil Məmmədov müşavirlərinin sayını 8-ə endirib.
Məlumata görə, nazir müşaviri Məhəmməd Nəcməddin oğlu Sadıkovu vəzifəsindən azad edib. Bununla da vergilər nazirinin müşavirlərinin sayı 9-dan 8-ə enib. Hazırda vergilər nazirinin müşavirləri Ələkbər Məmmədov, Riyad Hüseynov, Habil Məmmədov, İlqar Əhmədov, İlham Əmirəliyev, Taryel Quliyev, Elçin Məmmədov və Rəşad Həbibovdur.

Məsələyə münasibət bildirən Vergilər Nazirliyindən isə açıqlamada “Məhəmməd Sadıkov artıq Nazirliyin əməkdaşı deyil” deyə bildirilib.

Xatırladaq ki, Məhəmməd Sadıqov Azərbaycan Silahlı Qüvvələri Baş Qərargahının rəisi Nəcməddin Sadıkovun oğludur. /”Report”

BIR CAVAB BURAXIN