Nazim od püskürdü: Murad Arifi “blokda”…

0
609

Bir müddət öncə bəstəkar-müğənni Hacı Nazimlə Murad Arif arasında başlanan soyuq müharibə hələ də bitməyib. Murad Arifin efirdə həmkarını qınaması aradakı soyuqluğu bir az da artırıb.

 

Qeyd edək ki, M.Arif təqdimat mərasiminə çağırmadığı üçün Nazim ondan inciyib və efirdə dostu əleyhinə xoşagəlməz fikirlər səsləndirib. Murad isə iki nəfər arasında olan incikliyi efirdə dilə gətirdiyinə görə onu qınayıb və gündəmə gəlmək kimi dəyərləndirib.

 

Publika.az-a açıqlama verən Nazim onun gündəmə ehtiyacı olmadığını deyib: “Mən heç vaxt şəxsi problemlərimi efir vasitəsi ilə həll eləməmişəm. Sadəcə olaraq, maqazin proqramında olan dostlarımız sual veriblər, cavab vermişəm. Murad efirə çıxıb məni qınayır ki, niyə özünə deməmişəm, amma efirdən incidiymi söyləmişəm. Mən Sevinc Sevil bacılarının ad günündə üzünə də demişdim. Üzünə dediyim sözü də efirdə söylədim. Dostluq öz yerində, həqiqəti söyləməliyik. Əlbəttə mənə yer eləyir, səni hamıdan qabaq təbrik edən mən, amma tədbirin yuxarı başında heç tanımadığın adamları otuzdurursan.

 

Məni özünə yad bilən adamı srağagündən yad bilirəm. Düzdür, bu yaxınlarda, bir toyda hamının yanında mənə yaxınlaşdı, görüşdü, amma o hələ də “blok”dadır”.

BIR CAVAB BURAXIN