NASA titandan deşilməyən təkər şinləri hazırladı – VİDEO

0
341


NASA mütəxəssisləri  titan xəlitəsindən “fövqəl-elastik”  şin – təkər qurşağı hazırlamağa nail olublar. 
Moderator.az bu haqda Rusiya mediasına istinadla xəbər verir.  Titan şinin əsası kimi köhnə yaylı təkər qurşağı layihəsi götürülüb. Prototip nikel və titan xəlitələrindən hazırlanmış  çoxlu şinlərdən ibarətdir. Mütəxəssislərin sözlərinə görə bu şin fövqəl-elastikliyə malikdir. Belə ki, hansısa  maneə ilə rastlaşdıqda  təkər qurşağı büzüşür və az keçməmiş əvvəlki vəziyyətinə qayıdır. Belə şinləri deşmək mümkün deyil və onlar ən yüksək ağırlığa tab gətirirlər.
Yeni növ şinlər ilk növbədə Marsda özüyeriyən qurğular- marsoxodlar üçün nəzərdə tutulub. Ancaq alimlər gələcəkdə belə təkər qurşaqlarının Yerdə də bəzi avtomobillərdə işlənəcəyini istisna etmirlər.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

20 + 10 =