Naməlum şəxs Çində 20 uşağı yaralayıb

0
450

Çinin paytaxtı Pekindəki məktəblərin birindəki ibtidai sinif şagirdlərinə naməlum şəxs tərəfindən hücum edilib.

Mediainfo.az-ın russian.rt-yə istinadən verdiyi xəbərə görə, hücum nəticəsində 20 uşaq müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlardan 3-nün vəziyyəti daha ağır hesab edilir. Çin Daxili işlər nazirliyinin məsələ ilə bağlı açıqlamasında deyilir ki, məktəbə hücum edən şəxs polis tərəfindən həbs edilib. Hələlik hüquq-mühafizə orqanları uşaqları hədəf alan şəxsin kimliyi və bu cinayəti nə məqsədlə  törətdiyi barədə xəbər vermirlər.

Xatırladaq ki, bu, Çində ilk belə hadisə deyil. Ötən ilin oktyabr ayının sonlarında da Çindəki uşaq bağçalarından birinə hücum zamanı 14 nəfər azyaşlı xəsarət almışdı. 2017-ci ilin yanvarında isə Pinsan şəhərindəki uşaq bağçasına anloji hücum zamanı 11 azyaşlı  yaralanmışdı.