Naftalan şəhər sakini hüquq-muhafizə orqanlarından şikayətçidir

0
333

11

“Elə bil, ailənin bir üzvünün başına faciə gəlsə də, ailə başçısını evin içində baş verənlər maraqlandırmır. İndi həmin durumu yaşayırıq. Gənc oğlum müəmmalı ölüb. Prokurorluğun işi düzgün araşdırmadığını, cinayəti ört-basdır etdiyini ailənin, yəni dövlətin başçısına çatdırmaq istəyirəm. Ancaq iki ildir ki, yazdıqlarımız daşa dəyib özümüzə qayıdır”.

Bu sözləri AzadlıqRadiosu-na Naftalan şəhər sakini Mirdavud Seyidov deyir.

Müəmmalı iki ad: “Cakı” və “İfti”

İki il əvvəl Mirdavud Seyidovun gənc oğlu Paşanın asılmış cəsədi “Naftalan şəhəri, Nizami küçəsi, 15”də yerləşən “köhnə bazar”da – istifadəsiz tikilidə aşkar olunub. Ailəyə gəncin intihar etdiyi bildirilib. Ata deyir, hadisənin baş verdiyi məkana gedərkən, onun yanında oğlunun cibindən öz xətti ilə yazılmış məktub tapılıb. Paşa məktubda özünü öldürməsinin səbəbkarı kimi Cakı İfti ləqəbli şəxslərin adlarını yazıb. Müstəntiq əvvəl həmin şəxsləri cinayət məsuliyyətinə cəlb edəcəyini desə də, sonradan bunu etməyib:

“Gözlədik ki, o adamlar həbs olunar. Gördük yox, müstəntiqin fikri də yoxdur. Hiss edirdik ki, bizdən qaçır, bizimlə danışmaq onun üçün arzuolunmazdır. Bir gün xəbər tutduq ki, Goranboy prokurorluğu işi bağlayıb”

“Baş Prokurorluqdan xəbər yoxdur”

Mirdavud Seyidovu narahat edən odur ki, Goranboy rayon Prokurorluğu Cinayət Məcəlləsinin 125-ci (Özünüöldürmə həddinə çatdırma) maddəsi ilə başlanmış cinayət işini qapadıb. Ailənin qərarla bağlı şikayətlərindən sonra iş təzələnib və Baş Prokurorluğa göndərilib. Ancaq iş indi də burada ilişib qalıb.

Mirdavud Seyidov ölkənin güc qurumlarından gənc övladının ölümünü obyektiv araşdırmağı, günahkarların cəzalandırılmasını tələb edir.

 

 

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

4 × 5 =