Nadir Qafarzadə Fədayəni müdafiə etdi: “Səni qınayanlar utanacaqlar”

0
332

Sevgilisi “Qoca” ləqəbli avtoritet Etibar Məmmədovun həbsdən qaçmasına kömək etməkdə təqsirləndirilən və həbs edilən müğənni Fədayə Laçına sənət dostları dəstək olublar.
Axşam.az-ın məlumatına görə, müğənnilər sənətçi ilə bağlı paylaşımlar edərək, onun saf sevgisinin qurbanı olduğunu yazıblar.
Bu dəfə müğənni Nadir Qafarzadə Fədayə ilə bağlı paylaşım edib və bu sözləri yazıb:
“Can, Fədayə! Sadəlövh, sənətinin dəlisi, sənətinin cinayətkarı, aşiqi… Bülbül səslim, Laçın yanğısıyla alışıb-yananım… Sevgisini qorumaq üçün qurbana çevrilən Fədayəm. İnanıram ki, günahsızlığın sübuta yetiriləcək və bəzi səni qınayıb, tənqid edənlər dediklərindən utanacaqlar. Allah bağlı qapılarını açsın, inşallah!”.
Qeyd edək ki, Məmmədova Fədayə Baris qızı (Fədayə Laçın) oktyabrın 23-də Bakı-Astara-Bakı qatarından qaçan məhbuslara yardım etməkdə təqsirləndirilir.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

four × 1 =