N. Məmmədov: “Azərbaycan Con Kerrinin bəyanatını qəbul etmir”

0
584

“ABŞ dövlət katibi Con Kerrinin liderlərin Dağlıq Qarabağ münaqişəsinin həllinə hazır olmadığı barədə bəyanatı bizi təəccübləndirir və məyus edir”.

APA-nın xəbərinə görə, bunu Prezident Administrasiyasının rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib.
N. Məmmədov bildirib ki, münaqişənin tənzimlənməsində iştirak edən super ölkənin dövlət katibinin hakimiyyətdən getmə, seçki ərəfəsində belə bir bəyanat verməsi təəccüb doğurur:

“Bunun qəribə bir mənası var, sanki dünyaya bir mesajdır. Məhz Ermənistan münaqişənin tənzimlənməsi ilə bağlı danışıqlarda liderlərin münaqişənin həlinə hazır olmadığını iddia edir. Tutaq ki, tarixi Azərbaycan torpağı olan Dağlıq Qarabağla bağlı danışıqlarda fikir mübadiləsi aparılır. Azərbaycanın Dağlıq Qarabağ ərafında olan və 760 minə qədər insanın məcburi köçkün həyatı yaşamasına səbəb olan 7 rayonunun 25 ildən artıq işğal altında qalmasını nə ilə izah etmək olar? Əgər Ermənistan bu 7 rayonu azad edəcəksə, buna bir hazırlıq lazım deyilmi? Bunun üçün isə əsas missiya ABŞ da daxil olmaqla, ATƏT Minsk Qrupunun 3 üzvünə verilib. Ancaq hələ də bu sahədə çox böyük uğur görmək mümkün olmayıb”.

Prezidenti Administrasiyası rəhbərinin müavini bildirib ki, Ermənistan işğalçı dövlətdir:

“Azərbaycan torpaqlarının azad edilməsi üçün ABŞ da BMT Təhlükəsizlik Şurasında 4 qətnamənin qəbuluna səs verib. Bununla bağlı bir çox beynəlxalq təşkilatlar da qətnamələr və qərarlar qəbul edilib. ATƏT-in Minsk Qrupuna üzv olan 3 dövlətin prezidentləri də “status-kvo”nun dəyişməli olduğunu bəyan edib. Bütün bunları əsas götürüb, heç olmasa, Azərbaycanın Dağlıq Qarabağın ətrafında rayonunun azad edilməsi haqqında bir cümlə deyə, bir mövqe bildirəydilər. Sonra deyəydilər ki, liderlər münaqişənin həllinə hazır deyillər. Ona görə də Azərbaycan Con Kerrinin bəyanatını qəbul etmir. İstərdik ki, ABŞ-ın hansısa dövlət qurumu ətraflı, hamının başa düşəcəyi tərzdə Con Kerrinin bəyanatına aydınlıq gətirsin”.

Bir müddət öncə ABŞ-ın dövlət katibi Con Kerri Aspenİnstitutu və “Atlantic” nəşrinin təşkil etdiyi ”2016 cı il Vaşinqton İdeyalar Forumu” nda çıxış edərəkbeynəlxalq münasibətlər sistemində baş verənproseslər haqda fikirlər səsləndirib. İran, Suriya,Əfqanıstan, Ukrayna, Cənubi Çin dənizi və digər” qaynar nöqtələr’ ‘ə dair ABŞ-ın münasibətini auditoriyaya çatdıran Kerri “dondurulmuşmünaqişə” lərə də toxunub.

O, Dağlıq Qarabağ münaqişəsinin həlli perspektivləri ilə bağlı da mövqe bildirib.
Verilən xəbərlərə görə, ABŞ dövlət katibi bildirib ki, liderlər bu münaqişənin həllinə hazır deyillər.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayon işğal edilib.

BIR CAVAB BURAXIN