Müxaliflər hücuma keçdi: İranlılardan xəbər yoxdur

0
604

11

Suriyanın Hələb şəhərində müxaliflərin əks hücuma keçməsi nəticəsində Bəşər Əsədə sadiq qüvvələr və onları dəstəkləyən İran hərbçiləri böyük itki verib.

 

Axar.az xəbər verir ki, “Fəth Ordusu” bloku 4 avtomobillə hücum təşkil edərək müttəfiq qüvvələri geri çəkilməyə məcbur edib.

 

İran mediası isə bir çox iranlı komandandan xəbər alınmadığı barədə məlumat yayıb.

 

Qeyd edək ki, Əsəd qüvvələri bir neçə müddətdir ki, Hələbdə 275 mindən çox insanı mühasirədə saxlayırdı.

BIR CAVAB BURAXIN