Murad Bozun Azərbaycana gəlmə tarixi açıqlandı

0
582

Türkiyəli müğənni Murad Bozun rol aldığı “Dönerse senindir” filminin Bakıda qala gecəsi baş tutacaq.

Nizami Kino Mərkəzinin mətbuat xidmətindən Axşam.az-a verilən məlumata görə, gecədə Murad Bozun da iştirakı gözlənilir:

“Təqdimat yanvarın 5-ə nəzərdə tutulub. Qala gecəsində Murad Boz da olacaq. Digər aktyorların iştirakı hələki dəqiqləşməyib. Biletləri Nizami Kino Mərkəzinin kassalarından əldə edə bilərsiniz. Qala gecəsi 19:00 da başlayacaq”.

Qeyd edək ki, “Dönerse senindir” filmi dekabrın 23-də Türkiyədə tamaşaçılara təqdim olunacaq.

Filmdə Muradın tərəf müqabilləri Yasemin Allen və İrem Sakdır. Ekran işinin rejissoru Erol Özlevi, ssenari müəllifləri isə Gizem Elçi və Oğulcan Türedir.

BIR CAVAB BURAXIN