“Münaqişə bölgəsində status-kvonun qorunub saxlanılması artıq mümkün deyil”

0
727

 

Avropa Birliyinin rəsmi nümayəndəsi Pyotr Sivitalski təmsil etdiyi qurumun Qarabağ münaqişəsinin nizamlanmasında ATƏT Minsk Qrupunun mövqeyini dəstəklədiyini söyləyib. “Arazınfo.com”un “Yeniavaz.com”-a istinadən verdiyi məlumata görə, AB rəsmisi həmçinin münaqişənin həllinin bundan sonra da uzadılmasının xoşəgəlməz hadisələrə yol aça biləcəyini vurğulayıb: “Münaqişə bölgəsində status-kvonun qorunub saxlanılması artıq mümkün deyil. Çünki bu gələcəkdə hər iki tərəf üçün təhlükəli hadisələrin ortaya çıxmasına, yeni faciələrə və insan ölümlərinə yol aça bilər. Bunu nəzərə alaraq AB münaqişənin dinc yollarla həllinə tərəfdardır. Avropa Birliyi olaraq biz münaqişənin ağır nəticələrinin aradan qaldırılmasına maliyyə yardımı göstərməyə hazırıq. Ancaq bu, yalnız tərəflər arasında münaqişənin tam şəkildə həllini nəzərdə tutan sülh anlaşmasının imzalanmasından sonra mümkün ola bilər”.

BIR CAVAB BURAXIN