Müdafiə Nazirliyi orduda smartfonlar haqda

0
614
 

Müdafiə nazirinin müvafiq əmrinə əsasən, 2014-cü ilin əvvəlindən başlayaraq ölkənin Silahlı Qüvvələrində, xüsusən də cəbhəyə yaxın zonada yerləşən hərbi hissələrdə foto və videoyazı funksiyalarına malik, həmçinin internetə çıxışı olan mobil qurğulardan istifadə qəti surətdə qadağandır.

Bunu Azərbaycan Müdafiə Nazirliyindən haqqin.az-ın “Əsgərdən smartfonu alın” məqaləsinə cavab olaraq bildiriblər.

Müdafiə Nazirliyindən həmçinin qeyd ediblər ki, qurumun müvafiq orqanları bu sahədə daim monitorinqlər aparırlar. Qanun pozuntularının aşkarlandığı hallarda hərbi qulluqçular, həmçinin də vəzifəli şəxslər ciddi cəzalandırılırlar.

Xatırladaq ki, haqqin.az-ın məqaləsində smartfonlardan istifadə edən Azərbaycan hərbi qulluqçularının erməni xüsusi xidmət orqanlarının təxribatlarının potensial qurbanı olduqlarından bəhs olunurdu.

Onu da qeyd edək ki, həmin yazını bu lingdən oxuya bilərsiniz.

Virtualaz.org

BIR CAVAB BURAXIN