Müəmmalı OLAY: Hər yeni sabaha qanla başlayan uşaq

0
503

Türkiyənin Adana şəhərində 2 yaşlı Vahid Uğuroğlu hər səhər oyananda əlləri qan içində olur.

 

Publika.az bu ölkənin mətbuatına istinadən xəbər verir ki, hər gün əllərinin nə üçün qan içində olduğunu anlamayan valideynləri onun hərəkətlərini mütəmadi izləyib. Onlar uşağın dilini və əllərini dişləyərək özünə zərər verdiyini müşahidə ediblər.

 

Valideynləri uşağı dövlət xəstəxanalarına aparıb, lakin həkimlər onun xəstəliyinin nə olduğunu, niyə əlini, dilini dişlədiyini müəyyən edə bilməyiblər. Ailənin maddi sıxıntıları olduğuna görə, onu özəl xəstəxanalara apara bilmir. İnsanlara müraciət edərək onlara kömək etmələrini istəyirlər.

 

BIR CAVAB BURAXIN