Mosuldan SON XƏBƏR: Bacardılar

0
271
Mosuldan SON XƏBƏR: Bacardılar

İraq ordusu Mosul əməliyyatının 16-cı günündə İŞİD-in müdafiə xətini yararaq şərq istiqamətindən şəhərə girib.

Bu haqda “Associated Press” (AP) agentliyinə İraq ordusunun generalı Sami Aridi bildirib.

General İŞİD üzvlərinin yerə döşədikləri minaları partladaraq İraq ordusunu dayandırmağa çalışdığını deyib. Şiddətli döyüşlərin getdiyi cəbhədə olan BBC müxbiri xüsusi təyinatlıların güclü müqavimətlə qarşılaşdığını qeyd edib.

Türkiyənin “Anadolu” agentliyi isə ordu birliklərinin zirehli texnika ilə Kokceli məhəlləsinə çatdığını xəbər verib. “Rudaw” saytı İraq ordusunun məhəllədəki keçmiş televiziya binasını almağa çalışdığını bildirib.

Koalisiyaya aid döyüş təyyarələri bölgə üzərində fasiləsiz uçuşlar həyata keçirir. “Reuters” agentliyi isə əllərində ağ bayraqlar olan vətəndaşların cəbhə xəttinə çox yaxın yerləşən Bazvaya kəndindən qaçdığını xəbər verib.

Publika.az

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

three × four =