Mosulda davam edən döyüşlərdə 16 ABŞ əsgəri həlak olub

0
233
 11

İraqın Mosul şəhərinin İŞİD terror qruplaşmasından geri alınması üzrə artıq iki həftədir davam edən əməliyyatlar zamanı ABŞ 16 hərbçisini itirib, daha 27 hərbçi yaralanıb.

Bu barədə TASS-a Moskvadakı hərbi-diplomatik mənbə məlumat verib.

“Mosulun geri alınması üzrə quru əməliyyatlarının ilk iki həftəsi ərzində 16 Amerika hərbçisi ölüb, 27-si yaralanıb. Ölüm və yaralanma hallarının əksəriyyəti minaya düşmə, yaxud artilleriya və minaatanlardan açılan atəş nəticəsində qeydə alınıb”, – deyə mənbə bildirib.

Mənbə, həmçinin qeyd edib ki, hərbçilərdən ikisi ABŞ-ın “B-52H” təyyarələrinin Mosul ətrafına endirdiyi zərbələr zamanı ölüb.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

five × 4 =