”Mosula hücumun son mərhələsi hazırlanır” – Amerikalı general

0
543

ABŞ rəhbərliyində beynəlxalq koalisiya İraqın İŞİD-dən azad olunması üçün əməliyyatın hazırlığını başa çatdırır.

Avropa.info xəbər verir ki, koalisiya təmsilçisi, briqada generalı Devid Anderson deyir ki, İŞİD silahlılarının bir qismi müdafiənin qeyri-mümkün olduğunu dərk edərək, şəhəri tərk edib. Anderson iki İŞİD komandirinin artıq Mosuldan getdiyini bildirib. Mosula hücumda iştirak edəcək İraq hərbçilərinin sonuncu qruplaşmasının təlimi artıq başlayıb.

Andersonun sözlərinə görə, bu günə kimi İraq ordusunun hər biri 800-1600 nəfər olan 12 birləşməsi təlim prosesindən keçib. Mosulun alınmasından sonra isə orada təhlükəsizliyi 30-45 min arası əsgər təşkil edəcək.

“Paralel olaraq Naynava vilayətində 10-12 min polis əməkdaşının hazırlığı davam edir. Ümumilikdə, 2015-ci ildə 54 min təhlükəsizlik əməkdaşı təlim keçib, onların öyrədilməsinə 1,6 milyard dollar xərclənib” – general belə deyib.

BIR CAVAB BURAXIN