Mosul hərəkatı dayandırılır – ABŞ-dan açıqlama

0
591

ABŞ-lı komandir polkovnik Con Dorrian, İraq təhlükəsizlik qüvvələrinin Mosulun şimalına doğru irəliləyişini təhlükəsizlik tədbirlərini artırmaq səbəbiylə dayandırdıqlarını açıqlayıb.

mosul iraq

Bunu polkovnik Dorrian, İŞİD ilə mübarizə üzrə əməliyyatlarla bağlı Pentaqondakı mətbuat mənsublarına məlumat verib.

Mosul əməliyyatıyla əlaqədar bir sual üzərinə iraqlı təhlükəsizlik qüvvələrinin şəhərin şimalına doğru irləliləyişi dayandırdıqları məlumatını verən Dorrian, əsgərlərin böyük bir hissəsinin gözləmədə olduğunu ifadə edib.

Dorrian: “Əsgərlər gözləyir və yenidən mövqe, tərtibat alırlar. Arxalarını təmizləyirlər. Bunun bir neçə gün davam edəcəyini düşünürük, sonrasında Mosula doğru hərəkətlərinə davam edəcəklər. Bu onların oyun planı və bu plana bağlı qalacaqlarını düşünürük”, deyə açıqlama verib.

Döyüşün bu mərhələsində belə bir gözləmənin normal olduğunu vurğulayan Dorrian, bunun iraqlı güclərin sürətini itirdiklərinin göstəricisi ola bilməyəcəyini qeyd edib. Dorrian, gözləmənin əsgərlərə kömək etmək üçün də lazımlı olduğuna işarə edib.

AzPolitika.info

BIR CAVAB BURAXIN