«Mosul əməliyyatı – orta əsrlərin qəssabxanası!» – Rusiya XİN

0
551

11Rusiya Xarici İşlər Nazirliyi (XİN) Mosul şəhərinin İŞİD adlandırılan qruplaşmadan azad edilməsi üçün koalisiya qüvvələrinin həyata keçirdiyi hərbi əməliyyatları «orta əsrlərin qəssabxanası» adlandırıb.
«21-ci əsrin aparıcı gücləri tərəfindən həyata keçirilən kontrterrorçu əməliyyat orta əsrlərin qəssabxanasına çevrilib və bundan ilk növbədə, mülki əhali əzab çəkir» – deyə, Rusiya XİN rəsmi nümayəndəsi Mariya Zaxarova özünün Feysbuk səhifəsində yazıb.

Diplomat qeyd edib ki, «Mosulun əhalisi həm terrorçuların əlindən, həm də onlara əks qüvvə olan koalisiyanın fəaliyyətindən kütləvi halda həlak olur».
Zaxarova diqqəği həm də belə bir məqama yönəldib ki, mühasirə şəraitində olan şəhərin əhalisinin təxliyə olnması məsələsində sistemlilik yoxdur: «Məlum olur ki, mülki əhalinin xilas edilməsi istiqamətində heç bir əsaslı plan işlənib hazırlanmayıb. Humanitar dəhlizlər mahiyyət etibarilə bu ada heç yaxın da gəlmir».
Rusiyalı diplomatın fikrincə Mosulan azad olunması əməliyyatı timsalında koalisiyanın mütləq informasiya blokadası göz qabağındadır – orada baş verənlər barədə həqiqəti əks etdirən heç bir informasiya verilmir: «Heç bir aydınlıq gətirilmir ki, koalisiya qüvvələri irəliləyir, yoxsa geri çəkilir? İstifadə olunan taktika nə qədər effektlidir, tərəflərin itkiləri nə qədərdir, konkret kimlər tərəfindən, nə qədər aviauçuş həyata keçirilib?»
Zaxarovanın sözlərinə görə, «belə təsəvvür yaranır ki, koalisiyanın fəaliyyətinin informasiya ilə müşayiət olunmasını ləğv edən xüsusi bir əmr (komanda) verilib».Azpolitika.info

BIR CAVAB BURAXIN