MOSSAD-ı 17 il yuxuya aparan – Məşhur ərəb

0
39

Rafaat Əli Süleyman əl-Camal ərəb dünyasının qəhrəmanı sayılan kəşfiyyatçıdır. Qeyri-rəsmi məlumatlara görə, o, 17 il İsraildə məxfi kəşfiyyat fəaliyyəti göstərib və MOSSAD-ın planlarını Qahirəyə çatdırıb.

Arazinfo.com Teleqraf.com -a istinadən bu müəmmalı casusla bağlı yazını təqdim edir.

Rafaat Əli Süleyman əl-Camal 1927-ci ilin iyulun 1-də Misirin Dumyat bölgəsində doğulub. Özəl məktəbdə ingilis və fransız dillərini səlis öyrənib. Uşaq yaşlarında atası vəfat edib, ailə bütövlükdə böyük qardaşı Samyın öhdəsində qalıb.

1946-cı ildə ticarət məktəbini bitirdikdən sonra Qırmızı dənizdə işləməyə başlayıb. Pul oğurluğu üstündə onu işdən qovublar. Ancaq az sonra Horus gəmisində mühasib köməkçisi vəzifəsinə düzəlib. Gəmi vasitəsilə dünyaya açılaraq Neopal, Marsel, Barselona, Liverpul kimi şəhərlərə gedib.

Liverpulda turizm şirkətində çalışan Camal qısa müddət sonda vizasız və “Yaşlı kart”sız ABŞ-a gedib. Buradan Kanadaya, daha sonra Almaniyaya köçməyə məcbur olub. Onu Misir konsulluğunun pasportunu satmaqda da günahlandırıblar. Misirə göndərilən Camal burada qara bazarda işləyib, az sonra Suveyş kanalını idarə edən şirkətdə işə düzəlib.

1962-ci il inqilabı zamanı Liviyaya gedən Camalı ingilislər tutub və ehtimal olunan İsrail casusu kimi Misirə təhvil veriblər. Camala qarşı əsas ittiham onun “David Arzon” adlı yəhudi məmuru olması idi. Həmçinin onun üzərindən Daniel Kaldvell adlı ingilis pasportu çıxmışdı. Misir polisi eyni zamanda Refaat əl-Camal adı ilə imzalanan qəbzlər tapır və onun ərəb dilini dərindən bildiyi aşkarlanır. Camal burada əsl kimliyini deyərək təhlükəni dəf edir.

O, 1982-ci ilin 30 yanvar tarixində Almaniyanın Darmştadt bölgəsində vəfat edir.

Casus Misirdə daha “Rafaat el Haqqan”, İsraildə isə “Cek Beton” kimi tanınır. Misir Baş Kəşfiyyat İdarəsi (EGİD) onu 1956-cı ildə misirli aktiv casusların sayəsində İsrailə yola salıb. Cek Beton İsrail cəmiyyətində yaxşı tanınıb və ticarət layihələrində iştirak edib. O, turizm sahəsində işləyərək Misirə vacib informasiyalar ötürməsinə nail olub. Camal kəşfiyyatla yanaşı 6 günlük müharibə zamanı Misirə vacib məlumatlar təqdim edib. Xüsusilə Bar Lev xətti, mühəndis-istehkamın vəziyyətinə dair nformasiyaları ötürüb. Bu məlumatlar Yom Kippur müharibəsində mühüm rol oynayıb.

Bəzi mənbələr isə Misir kəşfiyyatının məlumatlarını uydurma hesab edir, Cek Betonun ikiqat agent olduğunu və Qahirə kəşfiyyatına dezinformasiya ötürdüyünü iddia edir.

Misir mənbələrinə görə, Camalın həbs təhlükəsi yarandığı zaman Misir Baş Kəşfiyyat İdarəsi ona ya həbs, ya da casusluq seçimini təklif edib. Camal casusluğu seçib. Bundan sonra o, yəhudilərin vərdişlərini, davranışlarını, tarixini və dinlərini əsaslı şəkildə öyrənib. Eyni zamanda gizli foto və kameralarla işləməyin sirlərini, radio, rabitə, kəşfiyyat informasiyasının toplanması, bomba hazırlanması texnologiyasını əxz edib. Beləcə Camalın yəhudiyə çevrilməsi prosesi başlanlır.

O, İsgəndəriyyədə yəhudilərin yaşadığı məhəlləyə köçüb və sığorta şirkətində işləyib. Misirdə olan gizli yəhudi hərəkatları arasında əhəmiyyətli fiqur olana qədər yəhudilərə yaxınlaşmağı bacarıb.

Məlumata görə, Camalın səyi nəticəsində İsrailin Misirdə “Suzanna” əməliyyatı kimi tanınan məxfi əməliyyatının qarşısı alınıb. Bu hadisədən sonra İsrailin müdafiə naziri Pinxas Lavon istefaya getməli olub.

Camalın sayəsində məşhur MOSSAD agenti, Suriyada edam edilən “Əli Koen” Suriya xüsusi xidmət orqanları tərəfindən ifşa edilərək saxlanılıb.

Rafaat Əli Süleyman əl-Camalın 17 illik məxfi fəaliyyəti zamanı onun Misir kəşfiyyatına verdiyi əhəmiyyətli informasiyalar aşağıdakılar sayıla bilər:

– Misirə Suveyş böhranı və hücumu haqda öncədən xəbərdarlıq etmək.

– Misirə 1967-ci il hücumunun vaxtını çatdırmaq.

– 1973-cü ildə Bədr əməliyyatı zamanı Misirə sürpriz infotrmasiyalar ötürməklə bütün məqsədlərə nail olmağa dəstək göstərmək.

– İsrailin nüvə təcrübəsi keçirmək niyyətində olduğu haqda informasiyanı Misir kəşfiyyatına sızdırmaq.

Rafaat Əli Süleyman əl-Camal İsraildə Moşe Dayan, Ezer Veizman və David Ben Gurion kimi məşhur şəxslərlə yaxın dostluq əlaqələri qura bilən casus olub.

Camalın casus kimi fəaliyyəti haqda ilk dəfə Saleh Mursi öz kitabında yazıb. Sonradan Misir televiziyası kitab əsasənda film çəkib. Həm kitabda, həm də filmdə Camal “Rafaat əl-Haqqan” adlandırılıb.


Müəllif: Cavad