“Mossad” 3 minədək adamı aradan götürüb” – İsrail jurnalistindən ŞOK…

0
1090
İsrail xarici kəşfiyyat xidməti – “Mossad”ın Almaniya xüsusi xidmət orqanlarına  ölkədəki İran agentura şəbəkəsini ifşa etməkdə köməyi haqda xəbərlərdən sonra “Der Spiegel” jurnalı İsrail kəşfiyyatının tarixi üzrə mütəxəssis hesab edilən jurnalist Ronen Berqmandan müsahibə götürüb.
Müsahibədə əsas söhbət  jurnalistin “Rise and Kill First: The Secret History of Israel’s Targeted Assassinations” (“Ayağa qalx və birinci öldür: İsrail təsviyyələrinin gizli tarixi” adlı kitabından gedir. Kitab yanvarın sonunda satışa çıxarılacaq.
“Ediot Axronot” qəzetinin ordu və kəşfiyyat üzrə müxbiri olan 45 yaşlı Ronen Berqman hüquqşünasdır,  Kembric universitetində “Mossad” haqqında  doktor dissertasiyası müdafiə edib.
Müsahibəsində R.Berqman bildirir ki, “Mossad”ın məxfi əməliyyatları nəticəsində  azı, 3 min insan təsviyyə edilib.
O qeyd edir ki, söhbət yalnız “hədəf” olan xüsusi şəxslərdən getmir, eyni zamanda  “doğru olmayan zamanda doğru olmayan yerdə olmuş” və günahsız yerə həlak olan insanlar da bu siyahıya daxildir.
Yəhudi jurnalist xatirladır ki, 2000-2005-ci illərdəki ikinci intifada (Fələstin müqavimət hərəkatı) zamanı  “HƏMƏS” liderlərinin zərərsizləşdirilməsi məqsədi ilə  bəzən sutkada 4-5 “dəqiq təşviyə” sifariş edilib…
R. Berqmanın sözlərinə görə, yəhudi dövlətinin müdafiəsi düşmənlərə xüsusi münasibət tələb edir.  Buna görə də “Mossad” Əbdül Camal Nasir, Yasir Ərafat, Səddam Hüseyn, Mahmud Əhmədnejat və s. liderləri Hitlerə bərabər tutub. Və deməli onlara münasibətdə beynəlxalq qanunlara  riayət etmək vacib sayılmayıb…moderator.az

BIR CAVAB BURAXIN