Moskvada azərbaycanlı sürücü sərxoş sərnişini bıçaqladı

0
305

Moskvada avtomobilinə mindirdiyi sərnişini bıçaqlayan 29 yaşlı azərbaycanlı tutulub.

“Report” xəbər verir ki, insident Turistskaya küçəsi, ev 19-da baş verib. 1984-cü il təvəllüdlü şəhərli sərxoş vəziyyətdə Zelenoqrad istiqamətinə gedən avtomobillərdən birinə minib. O, mənzil başında sürücüyə iki min rubl ödəyib, onlar dalaşıblar.

“Zərərçəkmişi qarşılayan həyat yoldaşı onun sinəsində qan izləri aşkar edib, ardınca polis və təcili yardım çağırıb. Məlum olub ki, kişi qaraciyər və ürək kisəsi nahiyələrindən kəsilmiş-deşilmiş yaralar alıb”, – deyə mənbə bildirib.

Əməliyyatçılar hadisəni törədən şəxsi müəyyən ediblər və onu Zelenoqradın “Krükovo” stansiyasında saxlayıblar. Ona qarşı qəsdən sağlamlığa ağır zərər yetirmə maddəsi üzrə iş açılıb.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

four − two =