Moskva sirkində qorxulu anlar — Şir təlimçiyə hücum etdi (VİDEO)

0
223
Rusiyanın məşhur təlimçisi Edqar Zapaşnıy sosial şəbəkəyə yeni video çarx yükləyib.

Video çarxda Mosvka Dövlət Sirkində baş verən insidentin görüntüləri var. Hadisə 27 avqust tarixində, məşq vaxtı baş verib. Şirlərdən biri təlimçiyə hücum edib.

Edqarın sözlərinə görə, məşq bitdikdən sonra şirləri səhnədən çıxaranda yırtıcılardan biri təlimçi Aleksey Makarenkoya hücum edib. Heyvanlar arasında münaqişənin qarşısını almaq üçün yırtıcıları səhnədən bir-bir çıxarırlar. Bu dəfə də belə olub. Şirlərdən biri rəqibinin getdiyini görüb və hücum edib. Sirkin əməkdaşı ona mane olmaq istəyib. Bu zaman şir təlimçiyə hücum edib.

Sirk işçiləri təzyiqli su ilə şiri aralayıblar. Aleksey qolundan yaralanıb.

Ölkə.Az

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

eighteen + two =