Moskva-Bakı reysinin sərnişininin əl çantasında silah aşkarlanıb

0
571

Moskva-Bakı reysinin sərnişininin əl çantasında silah aşkarlanıb

Moskva-Bakı aviareysilə gələn Azərbaycan vətəndaşının baqajına rentgen aparatıyla baxış zamanı monitorda bıçağa bənzər predmetin təsviri görünüb. Gömrük əməkdaşlarının həmin baqajı təkrar yoxlaması nəticəsində vətəndaşın çamadanından 1 ədəd tünd qəhvəyi rəngli gövdəsi olan süngü-bıçaq aşkar edilib.

Bu barədə Dövlət Gömrük Komitəsindən verilən məlumatda bildirilir.

Məlumatda həmçinin qeyd edilir ki, Moskva-Gəncə aviareysilə gələn digər Azərbaycan vətəndaşının baqajına rentgen aparatıyla baxış zamanı isə monitorda “beşbarmağ”a oxşar əşyanın təsviri görünüb. Gömrük əməkdaşları həmin baqaja təkrar yoxlama keçirərkən vətəndaşın çantasından 1 ədəd gümüşü rəngli metaldan hazırlanmış “beşbarmaq” aşkar olunub.

Frankfurt-Bakı aviareysilə gələn daha bir Azərbaycan vətəndaşının baqajına rentgen aparatıyla baxış keçirildikdə isə monitorda dəyənək təsviri əks olunub. Gömrük əməkdaşları həmin baqajı təkrar yoxladıqda vətəndaşın çamadanından1 ədəd qara rəngli metaldan hazırlanmış dəyənək aşkar edilərək götürülüb.

Bütün faktlarla bağlı araşdırma aparılır.

BIR CAVAB BURAXIN