“Monako” David Luisi transfer etməyə hazırlaşır

0
618

“Monako” futbol klubu Lonndonun “Çelsi” futbol klubunun oyunçusu David Luisi transfer etməyə hazırlaşır.

Mediainfo.az-ın verdiyi xəbərə görə, bu barədə UOL Esporte nəşri məlumat yayıb. Hazırda baş məşqçi tərəfindən əsas heyətdə az-az oynadılan 31 yaşlı braziliyalı futbolçunun “Çelsi” ilə anlaşması bu ilin yayında başa çatır. “Monako”nun David Luislə iki və ya üçillik anlaşma imzalayacağı gözlənilir.