Mixail Qusman: Mehriban Əliyeva Azərbaycanda rus dilinin inkişafına böyük əhəmiyyət verir

0
422

“Hələ Heydər Əliyev millətlərarası ünsiyyət dili kimi rus dilinin rolunu və əhəmiyyətini yüksək qiymətləndirirdi və çox mühüm hesab edirdi. Həm Azərbaycan Sovet respublikasına rəhbərlik etdiyi illərdə, həm də sonradan Azərbaycan Prezidenti vəzifəsində olduğu vaxt rus dilinin Azərbaycanda ünsiyyət vasitəsi olaraq qalması üçün çox işlər görüb”.

Bunu “Report”un Rusiya bürosuna Rusiyanın tanınmış jurnalisti, “TASS” İnformasiya Agentlyinin baş direktorunun birinci müavini, əslən bakılı Mixail Qusman bildirib.

“Ölkədə heç bir rus məktəbinin bağlanmaması, Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının fəaliyyət göstərməsi, ali məktəblərdə rus dilinin tədris olunması prezident İlham Əliyev tərəfindən böyük qətiyyətlə həyata keçirilən məqsədyönlü dövlət siyasətinin nəticəsidir. Rus dilinin humanitar ünsiyyət dili kimi inkişafında Heydər Əliyev Fondu da böyük rol oynayır. Azərbaycanın Birinci vitse–prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva buna nəinki böyük əhəmiyyət verir, o, həm də rus dilinin inkişafına şərait yaradan tam bir sıra tədbirlər həyata keçirir. Təsadüfi deyil ki, Mehriban Əliyevanın Rusiyaya səfəri və Rusiya Prezidenti Vladimir Putinlə görüşü zamanı ölkələrimiz arasında mədəni və humanitar əlaqələrin inkişafına, o cümlədən rus dilinin Azərbaycanda dəstəklənməsinə görə Rusiyanın yüksək “Dostluq” ordeninə layiq görülüb” – deyə rusiyalı jurnalist qeyd edib.