“Mitaq” qasırğası Yaponiyanın qərbinə güclü yağışlar gətirib

0
391

“Mitaq” qasırğası Yaponiyanın qərbinə güclü yağışlar gətirib. AZƏRTAC xəbər verir ki, bu barədə Yaponiya Meteorologiya Agentliyi məlumat yayıb. Bildirilir ki, qasırğanın gətirdiyi isti və rütubətli hava atmosferdə vəziyyəti qeyri-sabitləşdirib.

Oktyabrın 3-də səhər saatlarında qasırğanın Koreya yarımadası yaxınlığında olduğu qeyd edilir.

Meteorologiya Agentliyinin nümayəndələrinin bildirdiyinə görə, oktyabrın 3-də səhər saatlarında Koçi prefekturasının Suşaki, Toşa və Koçi şəhərlərinə saatda 120 millimetr yağıntı düşüb. Koçi prefekturasının əhalisinə təxliyə xəbərdarlığı göndərilib. Eyni zamanda, Nankoku və İno şəhərlərinin əhalisinə də təcili təxliyə olunmaq tövsiyə edilib.

Meteoroloqlar yerli əhaliyə torpaq sürüşmələri və daşqınlar barədə xəbərdarlıq ediblər.

Arazinfo.com