Mincəçevir və Yevlaxda 574 məktəblidə onurğa əyrilikləri aşkarlandı

0
544
Mingəçevir və Yevlaxda məktəblilər müayinə ediliblər. 574 məktəblidə skoliozun ilkin əlamətləri aşkarlanıb.
Bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən məlumat veriblər.
“Məktəbyaşlı uşaqlar arasında onurğa əyriliyinə daha çox rast gəlinir. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Yevlaxda 33 orta məktəbdə skoliozun profilaktikası üzrə müayinələr təşkil edib. Müayinələrə 9228 şagird cəlb olunub, 574 məktəblidə skoliozun ilkin əlamətləri aşkarlanıb”, -xəbərdə deyilir.
Müayinəyə gələnlərin 567 nəfərində skolioz, 16 nəfərində kifoz, 4 nəfərində isə onurğa deformasiyaları aşkarlanıb. Bundan əlavə, 100 nəfərdə 1-ci dərəcəli skolioz, 79 nəfərdə isə skolioza meyillilik olduğu müəyyən edilib.
Məktəbyaşlı uşağın yazı masasının onun yaşına və boyuna uyğun quraşdırılmasının, məktəbli çantasının ağır olmamasının əhəmiyyəti haqqında məlumatlar verilib.

BIR CAVAB BURAXIN