Milyardlarla dollarlıq qızıl daşıyan hərbi gəmi tapıldı

0
534
Cənubi Koreyanın qərb sahillərində rus gəmisinin qalıqları aşkar edilib.

Gəmidə 130.5 milyard dollarlıq qızıl olub. Ehtimal edilir ki, gəmi 113 il əvvəl Yaponiya ilə Rusiya arasındakı müharibə vaxtı batırılıb.

Rus donanmasına məxsus olan “Dmitri Donskoy” gəmisinin qalıqları Ulleunqdo adası sahillərində aşkar edilib.

Ehtimal edilir ki, gəmidəki qızıl hərbçilərin maaşı, liman xərcləri və digər xərclərin ödənilməsi üçün gəmiyə yüklənib. Zədələnən digər gəmilərdəki qızıl da “Dmitri Donskoy”a yüklənib. Hazırda Cənubi Koreyanın “Shinil Group” şirkəti Çin, Kanada və İngiltərə şirkətləri ilə birlikdə əməliyyata hazırlaşır.

BIR CAVAB BURAXIN