Milli Məclisin deputatlarına istirahət üçün 6 min manat ödənildi

0
587

Azərbaycan Milli Məclisinin deputatları bu gün tətilə buraxılıb. Qanunverici orqanın üzvləri avqustun 30-dək istirahətdə olacaqlar.

“Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” qanununa əsasən, deputatlara məzuniyyətdə olduqları zaman müalicə olunmaları və istirahət etmələri üçün iki aylıq vəzifə maaşı məbləğində müavinət ödənilir.

Milli Məclisin sədri 4500, komitə sədrləri 3600 manat, MM sədrinin müavini 3825 manat, sədrin birinci müavini 4050 manat, sıravi deputatlar isə 3150 manat müavinət alırlar.

Milli Məclisin payız sessiyası sentyabrın 30-da başlayacaq.

BIR CAVAB BURAXIN