“Milan” Donnarummaya əvəzləyici tapdı

0
604

“Milan” qapıçısı Canluici Donnarummanı itirə bilər. Gənc qolkiperin yayda klubunu dəyişməsi istisna deyil.

 

Fevralın 25-də 18 yaşı tamam olacaq Donnarumma məhz ondan sonra ilk peşəkar müqaviləsinə imza ata biləcək. Futbolçunun meneceri Mino Rayola yeni müqavilə məsələsində “rossonyerlər”dən təklif almadıqlarını və klub rəsmiləri ilə görüşmədiklərini söyləyib. Əgər “Milan” onunla yeni sözləşmə imzalamasa, İtaliya millisinin üzvü yayda havayı gedə bilər. Onun xidmətində isə “Yuventus” və “Real” yaxından maraqlanır.

 

Bütün bunları nəzərə alan “Milan” rəhbərliyi Donnarummaya əvəzləyici də tapıb. Gənc qolkiper başqa komandaya keçmək fikrinə düşsə, italyanlar “Mançester Siti”də heç də yaxşı günlərini keçirməyən 33 yaşlı Klaudio Bravonu transfer etməyə çalışacaqlar.

 

Qeyd edək ki, Klaudio Bravo “Mançester Siti”yə mövsümün əvvəlində “Barselona”dan keçib

BIR CAVAB BURAXIN