Metroda qatarların hərəkətində problem yaranıb

0
638

Bu gün səhər saat 8.04-də “Bakı metropoliteni”nin “HəziAslanov” stansiyasında qatarların hərəkətində problem yaranıb.

Qurumun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin Lent.az-a verdiyi məlumata görə, 15 saylı marşrut üzrə hərəkət edən qatarda problem yaranıb. Buna görə stansiyada gərginlik çıxarılıb: “İki qatara baxış keçirldikdən sonra onlar xəttdən çıxarılaraq depoya göndərildi. Bu arada qatarlararası interval böyüdüyündən biz məcbur olub “Əhmədli” və “Neftçilər” stansiyasından qatarları digər xəttə verib geri qaytarırdıq. Stansiya yarım saat sonra hərəkətə hazır oldu”.

N. Paşayev hazırda metroda hərəkətin normal qrafik üzrə davam etdiyini bildirib.

BIR CAVAB BURAXIN