Menbiçdə baş verən partlayışda 9 nəfər ölüb

0
182

Menbiçdə baş verən partlayış nəticəsində azı 9 nəfər ölüb, 20 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Arazinfo.com-un verdiyi xəbərə görə, bu barədə Əl-Cəzirə qəzeti məlumat yayıb. Məlumatda qeyd edilir ki, hadisə Menbiçin mərkəzindəki Qəsr əl-Umar restoranında baş verib. Həmin vaxt restoranda 15 nəfər ameirkal əsgər də olub.

Öz növbəsində Türkiyənin Yeni Şafak qəzetinin yazdığına görə restoranda baş verən partlayış nərticəsində ölən 9 nəfərdən 5-i ABŞ əsgəridir. Bundan əlavə hadisə nəticəsində yaralananlar arasındada ABŞ əsgərlərinin də olduğu bildirilir. Hələlik ABŞ-ın bölgədəki hərbi komandanlığı baş verən hadisəyə münasibət bildirməyib.