Medvedyev hökumətə tapşırıq verdi! – Türkiyəyə qarşı məhdudiyyətlərin ləğvi barədə…

0
584

Rusiya KİV-in yaydığı xəbərə görə, hökumətin sədri Dmitri Medvedyev Türkiyəyə qarşı tətbiq olunmuş məhdudiyyətlərin mərhələli şəkildə aradan qaldırılması barədə tədbirlər planı hazırlamağı tapşırıb. Baş nazir həm də bəyan edib ki, Türkiyə hökuməti İstambul teraktını nəzərə alaraq, ölkədə rusiyalıların təhlükəsiz istirahətinə zəmanət verməlidir(«TASS»).

Nazirlər kabinetinin bu gün keçirilən iclasında Medvedyev xatırladıb ki, bu ərəfədə Rusiya prezidenti Türkiyə ilə ticarət əməkdaşlığının bərpa olunması və bir sıra mədudiyyətlərin aradan götürülməsi barədə qərarın qəbulu üçün hökumətə tapşırıq verib.

«Tapşırığa uyğun olaraq, müvafiq qərarların dəyişdirilməsi (başqa sözlə, əmrin korrektləşdirilməsi) barədə təkliflər hazırlamaq və hökumətin yeni qərarını qəbul etmək lazımdır. Mərhələli hərəkət edəcəyik. Burada, bir tərəfdən, ümumi siyasi fonun yaxşılaşması nəzərə alınmaqla, məhdudiyyətlərin ləğv edilməsi, digər tərəfdən isə bu zaman rusiyalı istehsalçıların və artıq Türkiyənin yerini tutmuş həmkarların maraqlarına zərər vurulmaması vacibdir» – deyə, Medvedyev əlavə edib.

AzPolitika.info

BIR CAVAB BURAXIN