Martirosyandan erməni ordusu ilə bağlı – Şok sözlər

0
691


 

Ermənistan ordusunda yanacaq oğurlanması halları həddən artıq çoxdur.

Axar.az xəbər verir ki, bunu “1in.am” saytına açıqlamasında erməni hüquq müdafiəçisi Ruben Martirosyan söyləyib.

“Məndə olan məlumata görə, Aprel müharibəsi zamanı tankların çoxu heç döyüş meydanına qədər gedib çata bilməyib. Belə ki, onların benzin çənlərində dizel yanacağı olmayıb. Döyüş hazırlığı vəziyyətinə gətirilməli olan tanklar yalnız 10% yanacaqla təmin olunublar. 90% yanacaq isə oğurlanıb və mənimsənilib. Bir sözlə, ordunun yanacağı nəinki keyfiyyətsizdir, o, hətta oğurlanır. Yanacağın oğurlanması dəhşətli həddə çatır. Bu oğurluq həmişə olub. Ordu rəhbərliyi oğurluq haqqında çox gözəl informasiyaya sahibdir. Bunu təkcə ordu rəhbərliyi yox, prokurorluq, İstintaq Komitəsi də bilir. Seyran Ohanyan, Vigen Sərkisyan da olanları gözəl anlayırlar. Heç kəs danışmır. Çünki bu oğurlanan yanacaq onları da “isidir”. Orduda təkcə yanacaq oğurlanmır. Orduda hansı sferaya çox pul ayrılırsa, orada oğurluq ən yüksək həddə çatır. Bizdə olan məlumatlara görə, 50-60 drama ordu üçün keyfiyyətsiz kartof alınır, amma sənədlərdə onun qiyməti 120-130 dram göstərilir. Neçə ton kartofun alındığını bilsək, oğurluğun nə qədər olduğunu müəyyən etmiş olarıq. Ordudakı ölümlərin, intiharların böyük hissəsi oğurluq, korrupsiya ilə bağlıdır. Bizdə olan faktlara görə, Valeri Muradyan adlı şəxs öz avtomobilində olan zaman yanacağın necə oğurlandığını görüb. Susması qarşılığında ona pul təklif edilsə də, o, bundan imtina edib və pulsuz da susacağını söyləyib. Lakin oğrular sözünə inanmayaraq, onu öldürüblər. Leytenant Artak Nazaryanın ölümünə qədər onun adına daimi əsaslarla maşın qeydiyyatdan keçiriblər. Bu maşını yanacaqla doldurub, sonradan onu oğurlayıblar və deyiblər ki, buna görə məsuliyyəti Nazaryan daşıyır. Bununla onu şantaj edərək, hər ay ondan zorla 80 min dramdan çox pul alıblar. Bu cür misalların sayı onlarladır”, – deyə o bildirib.

 

BIR CAVAB BURAXIN