Marsda 10 min nəfərlik şəhər layihəsi

0
629

 

ABŞ-ın Massaçusets Texnologiya İnstitutundan olan bir qrup mühəndis və memar Marsda gələcək koloniyaların qurulması üçün nəzərdə tutulan mənzil prototipi yaradaraq “Mars şəhərinin dizaynı-2017” yarışmasında qələbə qazanıb.

Arazinfo.com Axar.az -a istinadən xəbər verir ki, müsabiqənin təşəbbüskarı və sponsorları kimi ABŞ-ın Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi ilə Avropa Kosmik Agentliyi birlikdə çıxış edib.

Mars sakinləri üçün nəzərdə tutulan yaşayış binası bir-biri ilə tunellər vasitəsilə birləşdirilən qübbələr şəklində inşa edilib. Hər qübbədə 50 nəfərin yerləşdirilməsi nəzərdə tutulub. Qübbələr insanları şüalanma, temperaturun aşağı düşməsi və kiçik meteoritlərin dağıdıcı təsirlərindən etibarlı şəkildə qoruyacaq.

Qeyd edək ki, artıq 2020-ci ildə Çinin Marsın səthinə kosmik gəmi endirməyi planlaşdırdığı bildirilib.

 

BIR CAVAB BURAXIN