Markov İrəvana “İsgəndər” verilməsindən danışdı

0
580

Rusiya müxtəlif dövlətlər, o cümlədən münaqişədə olan ölkələrlə hərbi-texniki münasibətlər qurub.

 

Bunu Rusiya Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin təşkil etdiyi beynəlxalq konfransda ölkəsinin Ermənistana “İsgəndər” operativ-taktiki raket kompleksi satması ilə bağlı sualı cavablandırarkən deyib.

 

S. Markov xatırladıb ki, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür:

 

“Biz Azərbaycanı da bu təşkilatla yaxından əməkdaşlıq etməyə dəvət edirik. Rusiyada güclü erməni lobbisi var. Biz silah satmasaq, ABŞ satacaq, bu halda Azərbaycan və Ermənistan da itirəcək, çünki eyni silahları iki dəfə baha almalı olacaq. Rusiyanın əsas məqsədi kompromislərə nail olmaqdır. İkitərəfli güzəştlər olmalıdır. Hazırda bunun üçün yaxşı imkanlar var. Kazan formulu əsasında Qarabağ münaqişəsi həll edilə bilər. Ermənistan Qarabağ ətrafındakı rayonları azad etməlidir, Azərbaycan və Türkiyə isə Ermənistanın və Dağlıq Qarabağın blokadasını aradan qaldırmalıdır. Kazan prinsiplərinə əsasən 7 rayonun Azərbaycana qaytarılması nəzərdə tutulurdu. Lakin hazırda Ermənistan hakimiyyəti çətin durumla üzləşib, onlar xalqı inandıra bilmirlər ki, bu, lazımdır. Dağlıq Qarabağ münaqişəsi dondurulmuş münaqişə deyil, istənilən vaxt yenidən alovlana bilər. Ona görə də biz münaqişənin həll edilməsi istiqamətində səylərimizi artırmalıyıq”.

BIR CAVAB BURAXIN