“Mançester Yunayted” De Xeaya güzəştə gedib

0
275

“Manşester Yunayted” klubu ispan qapıçı David De Xeanın maaşının iki dəfə qaldırılması barədəki xahişinə müsbət cavab verib.

Arazinfo.com-un verdiyi xəbərə görə, bu barədə The Sun qəzetinin yaydığı məlumatda deyilir. Klub rəhbərliyi ilə De Xea arasında yaxın günlərdə həftəlik maaşın 200min funt sterlinqdən 400 min funt sterlinqə qaldırılması barədə anlaşma imzalanacağı gözlənilir. “Mançester Yunayted” bununla da 28 yaşlı qapıçını komandada saxlamağa ümid edir. Xatırladaq Ki, PSJ və “Yuventus”  De Xeanın transferində maraqlıdılar və keçidin baş tutacağı təqdirdə ona indi aldığı maaşdan 3-4 dəfə çox əmək haqqı vəd edirlər.