Mançester derbisində qalmaqal – Mourinyo qapıçını butulka ilə vurdu

0
547
Manchester City manager Pep Guardiola (left) and Manchester United manager Jose Mourinho after the final whistle of the Premier League match at Old Trafford, Manchester.

 

İngiltərə Premyer Liqasının 16-cı turunda keçirilən “Mançester Yunayted” – “Mançester Siti” (1:2) oyunundan sonra xoşagəlməz hadisələr baş verib. İnsident “Old Trafford”un dəhlizində olub.

Arazinfo.com “Qafqazinfo”ya istinadən xəbər verir ki,  “şəhərlilər”in futbolçularının derbidəki qələbəni çılğın qeyd etməsi “qırmızı şeytanlar”ın baş məşqçisi Joze Mourinyonun xoşuna gəlməyib. Portuqal mütəxəsis onlardan rəqibə qarşı hörmət göstərməyi istəyib. Mourinyonun istəyinə qonaqların qapıçısı Ederson Moraeş təhqirlə cavab verib. Tərəflər yüksək tonla portuqal dilində mübahisə ediblər. Məşqçi buna dözməyib və Edersonu plastik butulka ilə vurub. Daha sonra konfliktə digər futbolçular da qoşulub.

“Mançester Siti”nin məşqçisi Mikel Arteta isə qaşından xəsarət alıb. Bu qarşıdurmada “qırmızı şeytanlar”ın hücumçusu Romelu Lukakunun canfəşanlıq göstərdiyi qeyd olunur. Konflikt stadionun təhlükəsizlik işçilərinin müdaxiləsindən sonra yatızdırılıb.

BIR CAVAB BURAXIN