Makron Rusiya və Çini Avropanın düşməni elan etdi

0
494

Fransa prezidenti Emmanuel Makron Avropanın 2 byük düşmənindən, Rusiyadan, Çindən və  hətta ABŞ-dan belə müdafiə olunmasının vacibliyini bildirib.

Arazinfo.com-un Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, “Europe1” radiostansiyasının efirindəki çıxışında Makron deyib ki, Avropa özünün birgə hərbi qüvvələrini yaratmalıdır: “Bu günkü Avropaya baxanda görürəm ki, o get-gedə daha çox dağınıq hala düşür. Bizə hər yerdə, kiberməkanda zərbə vurur, demokratik həyatımıza müdaxilə edirlər”

Makron Avropa üçün ən böyük təhlükənin Rusiya və Çindən gəldiyini vurğulayıb. O eyni zamanda Fransanın ABŞ-ın da simasında təhlükə gördüyünü qeyd edib: “Biz nənki Rusiya və Çindən, hətta dost və müttəfiq saydığımız ABŞ-dan belə müdafiə olunmağı bacarmalıyıq”.

Əziz Mustafa

 

 

BIR CAVAB BURAXIN