Makron Putinə zəng etdi: Narahatıq…

0
358

Fransa Prezidenti Emmanuel Makronla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı baş tutub.

Axar.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

“Prezidentlər telefon danışığı zamanı iranlı general Qasım Süleymaninin ölümündən narahat olduqlarını bildiriblər”, – məlumatda qeyd olunub.

Açıqlamada ABŞ-ın bu əməliyyatının bölgədə vəziyyəti ciddi şəkildə gərginləşdirə biləcəyi qeyd olunub.

Telefon danışığı Fransa tərəfinin istəyi ilə baş tutub.