Macarıstanla Ukrayna arasında gərginlik artır

0
467

Ukrayna Macarıstan konsulunu ölkədən çıxaracağı təqdirdə onlara qarşı dərhal ən sərt addımlar atılacaq.

Mediainfo.az saytının Origo nəşrinə istinadən verdiyi xəbərə görə, bu barədə mətbuata açıqlamasında Macarıstan Xarici işlər naziri Peter Siyarto deyib. Siyartonun sözlərinə görə, Ukraynadakı prezident seçkiləri ərəfəsində adıçəkilən ölkədə antimacar ovqatı güclənib: “Əgər Ukrayna tərəfi konsulumuzu ölkədən qovsa, onda biz də analoji qaydada, özü də olduqca sərt şəkildə onlara cavab verəcəyik”.

Xatırladaq ki, ötən həftə Macarıstanın Lvovdakı konsulu yerli sakinlərə Macarıstan pasportu paylamışdı. Buna isə Ukrayna rəsmi şəkildə sərt reaksiya vermişdi. Siyarto konsulun bu hərəkətinə haqq qazandırmaq üçün iddia edib ki, Avropa İttifaqında ikili vətəndaşlıq mövcuddur və bu quruma üzv olmaq istəyən Ukrayna da buna indidən hazırlaşmalıdır. Lakın ikili vətəndaşlıq bütün hallarda iki ölkə arasında bu barədə imzalanan müvafiq anlaşmadan sonra mümkündür.  Siyartonun bundan özünü xəbərsiz kimi göstərməsi son hadisələrdə Macarıstanın günahı olduğunu de fakto təsdiq edir.

 

 

BIR CAVAB BURAXIN