Məşhur xanımları aldadıb onlarla yatan, sonra istədiyini edən, kəşfiyyatın AXTARDIĞI YƏHUDİ – FOTO

0
823

Məşhur xanımları aldadıb onlarla yatan, sonra istədiyini edən, kəşfiyyatın AXTARDIĞI YƏHUDİ

SSRİ-nin ən çətin, qıtlıq dövrlərində ölkəni buğda, qida ilə təmin edən, sovet liderlərinə bahalı xarici maşınlar hədiyyə edən xüsusi bir şəxs vardı ki, o, ittifaqda yeganə sevilən, hörmət edilən kapitalist sayılırdı. “Yoldaş burjuy” ləqəbli, yəhudi əsilli Armand Hammer Lenin və Stalinin sevimli kapitalisti idi. Demək olar ki, SSRİ-nin ağır günlərində kürəyini çətinliyin altına verən bu adam ölkənin qara kürüsünü xaricə daşıyaraq onun əvəzində ittifaqı çatışmayan ərzaqlarla təmin edib. Amma bütün bunları heç də boşuna etməyib, bütün kapitalistlər kimi əslində gələcəyə kapital qoyub.

P

Fəhlə-kəndli höküməti qurulandan sonra, burjuazın, ölkədə qalması ağlabatan olmasa da, rəhbər şəxslərə belə bir kapitalisti uzaqlaşdırmaq əl vermirdi. Qolçomaq damğasının qətiyyən yaraşdırılmadığı, yeni quruluşa dəstək olan bu zəngin şəxsdən yalnız 30-cu illərdə Stalin xahiş etdi ki, ölkədən getsin. Armand gedərkən də bütün varidatını SSR-də qoydu. Amma alnına zənginlik yazılmış, pulu özünə kölə etmiş bu yəhudi onu necə qazanmağın yollarını əla bilirdi.

Buna baxmayaraq yenə də Amerikaya boş əllə getmədi – o, sovetlərdən Romanovun qiymətli rəsmlərini, incəsənət nümunələrini özüylə aparmışdı. Bu gün Amerika hərraclarında Romanovlara aid əşyaları görəndə çoxumuz təəccüblənirik, amma deməli qaynaq Hammer imiş.

İlk başlarda Hammer Romanovlara aid heç nə sata bilmirdi, çünki böyük sülalənin xaricdə sağ olan yaxın qohumlarından kolleksionerlər ehtiyat edirdilər. Deyilənə görə, Hammer hətta bazarlarda qarşısına qoyub bu əşyaları satırmış, sonra isə univermaq piştaxtalarına çar xəzinəsini daşıyıb. Və nəhayət bu xəzinəni pula çevirib yeni bir iş qura bilir. Neft sənayesinə üz tutan Hammer əslində bu sahədən qətiyyən anlamırdı. Üstündəki Sovet damğasına görə Liviya torpaqlarında fəvvarə vuran neftin üzərinə “qonmaq” üçün ona imkan verilməyəcəyini yaxşı bilən Hammer bunun yolunu rüşvətdə görür. Liviya kralı Məhəmməd İdris Əs-Sənusinin yaxın qohumlarından birinə üç milyon dollar rüşvət verərək sarayın qapılarını üzünə açdırır. Tezliklə Occidental Petroleum şirkətini quraraq ABŞ-ın ən zəngin adamlarından birinə çevrilir. 80-ci illərdə isə Hammerin neft şirkəti ABŞ-ın 14 ən iri sənaye müəssisələrindən birinə çevrilir.

ABŞ-da kefikök, əli pulla oynasa da bu yəhudinin ürəyi sovetlərdə qalmışdı. O, nə vaxtsa SSRİ-yə qayıtmağın xəyalı ilə yaşayırdı. Stalinin vaxtında bu, mümkün olmayacaqdı, amma tezliklə rəhbərin ölümündən sonra Armandın ümidi dirçəlir. 1959-cu ildə Nikita Xruşşovun ABŞ-a səfəri zamanı Hammer onun kürəkəni, “İzvestiya” qəzetinin baş redaktoru Aleksey Acubeylə tanış olur. Ondan Xruşşovun ovçuluğa böyük marağının olduğunu öyrənib ona Belçika istehsalı olan ov tüfəngi hədiyyə edir. Ancaq 1964-cü ildə Xruşşovun hakimiyyətdən getməsi ilə artıq Brejnevə yalmanmaq lazım gəlir. Brejnev isə avtomobil həvəskarı olduğu üçün “yoldaş burjuy” bu dəfə daha artıq xərcləməli olur. Brejnevə xüsusi hazırlanmış, arxa oturacağı da rahat tənzimlənən “Rolls-Roys” avtomobili hədiyyə edir. Düzü, 80-ci illərdə maşın qəzaya uğrasa da, bu ümumi dostluğa xələl gətirmədi. Brejnev Armandı “Xalqlar dostluğu” ordeni ilə təltif etmişdi.

Bundan başqa Brejnevlə dostluğu sayəsində 20 milyard dollara başa gələ bilən və ekologiyanı pozma riskinə görə ABŞ-da inşasına icazə verilməyən ammonyak zavodunu Volqada “Tolyattiazot” adı ilə inşa etdirmişdi, həm də SSRİ-nin hesabına.

Şəxsi həyatına gəlincə, Hammerin pulu çox ədəbaz qadınları, xüsusilə şöhrətli xanımları onun ətrafına toplayırdı. Hələ ilk dəfə SSRİ-dən ABŞ-a gələndə müğənni sevgilisi Olqa fun Rotdan ayrılmışdı. Buna qədərki ilk arvadını isə daimi xəyanətlərdə günahlandıraraq boşamışdı. Hətta oğlunun da ondan olmadığını məhkəmədə iddia etmişdi. Boşandıqdan illər sonra oğlu Culius başqa kişinin oğlu olmadığını isbatlamışdı, amma ondan imtina edən atasını heç vaxt bağışlamadı. Onun ikinci xanımı isə ABŞ prezidenti Ruzveltin keçmiş sevgilisi Anjela Zivelli olmuşdu. Deyəsən, bu dəfə xəyanət işə yarayırdı. Çünki arvadının Ruzveltlə olan isti münasibəti sayəsində o, hakim sinfə yaxınlaşmış, Amerikada böyük hörmət qazanmışdı. Ruzvelt hakimiyyətdən gedən kimi, arvadını da boşadı. Tezliklə yeni bir prezident xanımını özünə arvad elədi. ABŞ-ın yeni prezidenti Harri Trumanın sevgilisi olmuş Frensis Barretlə evlənib bu prezidentin də yaxın çevrəsinə daxil oldu.

Onun gələcəyə “maya qoyan” hiyləgər səxavəti (işinə yaramayan adamlara pul xərcləməzdi), arvadları sayəsində iş qurması kimi adətləri haqqında xoşagəlməz fikirlər formalaşdırırdı. ABŞ-da ona etibar etmirdilər. Amerika kəşfiyyatı dəfələrlə sovet kapitalistini izləmişdi. Üstəlik vergilərdən yayınma cəhdləri də qərblilərin xoşuna gəlmirdi. O, bir dəfə Cənubi Karolina Universitetinə 49 rəsm əsəri hədiyyə etmişdi. Bunun əvəzinə hökumət onun 1 milyon dollarlıq borcunu silmişdi, amma biləndəki hədiyyələr vergi borcundan çox ucuzdur, Armanddan 267 min məcburi alınaraq ödənilmişdi. Bunun üçün Armand üç rəsmini universitetdən geri götürmüşdü.

Elə SSRİ-yə də belə badalaq az gəlməmişdi. Belə ki, Ermitaja Fransisko Qoyanın məşhur rəsmlərindən birini hədiyyə etmişdi, sonradan məlum olmuşdu ki, rəsm orijinal deyil. Əvəzində isə rəssam Maleviçin əsərini hədiyyə alaraq ABŞ-da onu 650 min dollara satmışdı. Halbuki Qoyanın rəsminin üzünü çıxartdırmaq ona 60 min dollara başa gəlmişdi.

Ənənəvi yəhudi xəsisliyindən Armand da yaxa qurtara bilməmişdi, özünə sərf eləməyən adamlara qətiyyən pul xərcləməzdi. Məsələn, öz ad günündə mərasimi şənləndirən London orkestrinin pulunu verməmişdi.

Armand ölümü ərəfəsində zəngin dostlarını başına yığıb qonaqlıq verəndən sonra dünyasını dəyişmişdi. Yas mərasiminə isə ondan incik olan heç bir qohumu gəlməmişdi, oğlu Culius da gəlməkdən imtina etmişdi. Vaxtilə Hammer Metropoliten muzeyinə 800 min dollar ödəmişdi ki, öləndən sonra onun adını Şöhrət Zalında həkk etdirsinlər. Həkk etmişdilər, amma bu xidmət 1,8 milyon dollara olduğu üçün o vaxtdan borclu qalmışdı. Nəvəsi isə bu borcu ödəməkdən imtina edərək 200 min dollar da vermişdi ki, ümumiyyətlə babasının adını ordan silsinlər.Publika.az .Şəfiqə ŞƏFA

BIR CAVAB BURAXIN