Məşhur aktyor İslam Kərimovun gizli kürəkəni çıxdı

0
494

Məşhur fransalı aktyor Jerar Depardye Özbəkistan prezidenti İslam Kərimovun böyük qızı Gülnarə Kərimovaya musiqi müəllimliyi edib.  

 

Publika.az xəbər verir ki, bu barədə Özbəkistan mətbuatı məlumat yayıb.

 

Məlumata görə, “özbək şahzadəsi” adlandırılan Gülnarə Kərimova atası tərəfindən ev dustağı edilən müddətə qədər fransız aktyorla bir sıra musiqi və bədii layihələr də həyata keçirib. Bu layihələr arasında ən populyarı isə Gülnarə Kərimovanın Jerar Depardye ilə çəkdirdiyi musiqili videoklipdir.

 

2010-2012-ci illərdə Gülnarə Kərimova fransız aktyoru uzun müddət Daşkənddə dəbdəbəli malikanədə qonaq da saxlayıb. Hətta, həmin vaxtı Gülnarə Kərimova ilə Jerar Depardye arasında eşq yaşanması barədə məlumat da yayılmışdı.

 

Sonradan həmin məlumatın yalan olması və onların arasında ancaq tələbə-müəllim dostluq münasibətlərinin olduğu vurğulanıb.

 

Qeyd edək ki, Jerar Depardye Rusiya prezidenti Vladimir Putinin dostu kimi tanınır. Hətta, bir neçə il öncə fransız aktyora Rusiya vətəndaşlığı da verilib.

 

BIR CAVAB BURAXIN