Məscid ziyarətçilərini söyən məmura ağır cəza veriləcək – VİDEO

0
565
Tacikistan Prezidenti yanında Dövlət Qulluğu Agentliyi  Rudaki rayonunun Çoryakkoran qəsəbəsi administrasiyasının dini işlər üzrə mütəxəssisi Şokir Xoldorovun vəzifəsindən azad  edilməsi üçün tədbirlər görür.
Moderator.az “Azadlıq” radiostansiyasının Tacikistan redaksiyasına (“Ozodi”) istinadla xəbər verir ki, buna səbəb  məmurun yerli məscidin  ziyarətçilərini söyərək əsassız şəkildə məscidin bağlanmasını tələb etməsi olub. Ş.Xolqorovun vəzifəsindən azad edilməsinin vacibliyi onun “Dövlət qulluqçusunun davranış Kodeksi”ni pozmasıyla əsaslandırılıb. Artıq Rudaki rayonunun icra hakimiyyətinə bu haqda tövsiyə göndərilib.
Dövlət Qulluğu Agentliyindəki mənbədən “Ozodi” radiosuna verilən məlumatda bildirilir ki,  2017-ci ilin oktyabrında internetdə Xoldorovun sözügedən məscidin həyətində zyarətçiləri ağır şəkildə təhqir edərək İslam məbədgahının bağlanmasını tələb etməsinin görüntüləndiyi video yayımlanıb.Məscidin guya qanunsuz fəaliyyət göstərdiyini iddia edən məmur təhqirlərə görə ona etiraz edən vətəndaşlara “gedin, hara şikayət edirsiz – edin, sizin hamınızın vəhhabi olduğunu elan edəcəm” deyə  cavab verib. Həmin olaydan sonra Ş.Xoldorov müvafiq inzibati məcəlləyə uyğun olaraq  cəmi 500 somoni(təxm. 95 AZN) cərimə edilərək postunda işləməkdə davam edib.
Araşdırmalardan məlum olub ki, sözügedən məscid 2013-cü ildə əhalinin vəsaiti hesabına tikilib və tam qanuni şəkildə fəaliyyət göstərir.

BIR CAVAB BURAXIN