Mən sənin aşiqinəm

0
545
Al yanaqli laləmsən
Bal dodaqlı şanəmsən
Aşiq üçün çarəmsən
Gözəl sənin aşiqinəm
Bu hüsn ilə birdənəsən
Bənzəyirsən bir gülə sən
Mənimlə bir sən guləsən
Gulum sənin aşiqinəm
Oğrun oğrun süzmə məni
İnsafa gəl üzünə məni
Ürəyim istəyir səni
Yarım sənin aşiqinəm
Gəl səninlə olaq qoşa
Ömrü birgə vuraq başa
Telman Ruhda gəlir coşa
Deyir sənin aşiqinəm
Telman Ruh Xəlilcan

BIR CAVAB BURAXIN