“Mən əxlaqsız deyiləm…” – Əməkdar artist

0
602

“Mənim daşım ağırdır, bir çoxlarının başına düşüb. Efirdə dediklərimi başqası desəydi, heç belə reaksiya verməzdilər. Amma mənim üstümə düşüb, haqsızlıq edirlər”.

Bu sözləri azvision.az-a tanınmış aktrisa, Əməkdar artist Mehriban Xanlarova Lider TV-nin “Çıxış yolu” verilişində dediyi sözlərə görə ictimaiyyət tərəfindən tənqid olunmasına münasibət bildirərkən deyib.

Aktrisa bildirib ki, verilişdə çıxışı zamanı məqsədi kimisə cinayətə sövq etmək, qalmaqal yaratmaq olmayıb.

“Bir il səkkiz ay bundan öncə oğlan öz arvadından boşanıb. İkinci arvadı bu gün-sabah uşaq dünyaya gətirəcək. Oğlan anasını yanına alıb gəlib ki, uşaqlarımı istəyirəm. Əslində oğlanın məqsədi aliment verməməkdir. Veriliş ərzində dözürdüm. Çalışırdım ki, ekspert kimi təmkinimi saxlayım. Ancaq gördüm ki, gəlinin qaynanası həyasızlıq edir, az qalmışdı ekspertləri durub döysün. Efirarxası o qədər nalayiq sözlər işlədirdi ki, özümü saxlaya bilmədim, partladım. O qadın qan çanağı idi. Yalandan şər atmağa, kimisə tutdurmağa nə var ki?! Vay, pis qaynanadan. Hər dəfə əlini stula vurub, gəlinə ağzına gələni deyirdi. Söz gəlişi dedim ki, belə qeyrətlisənsə, vaxtında başın kəsərdin. Məqsədim kimisə cinayətə sövq etmək deyildi. Demək istəyirdim ki, yalandan danışma, artistlik etmə. Haqqına demişəm.

Aparıcıya iradımı bildirdim ki, belə insanları niyə efirə çıxarırsan? Mənim yerimə kim olsaydı bundan da pis sözlər deyərdi. Gaqsızlığa susa bilmirəm. Kim arxamca nə deyir desin. Məni əxlaqsız adlandıran qadınlar öz əxlaqları qarşısında cavab verməlidirlər. Hamı hamını tanıyır. Mən əxlaqsız deyiləm, bunu yaxşı bilirlər. İndiyə kimi haqqın tərəfində olmuşam və bundan sonra da olacağam. Gözü götürməyənlər mənə şər atırlar. Onlara fikir verməyəcəyəm”.

BIR CAVAB BURAXIN