Məşhur opera müğənnisi azərbaycanlı ərindən danışdı

0
582

Azərbaycan kişiləri – dünyanın ən yaxşı kişiləridir. ANS PRESS-in məlumatına görə, bunu 38 yaşlı azərbaycanlı tenor Yusif Eyvazovla evlənən tanınmış rusiyalı opera ifaçısı, xalq artisti Anna Nеtrebko ailə həyatından danışarkən deyib.

O, “sizin üçün rəsmi nikah vacib idimi?”- sualına cavab verərkən bildirib: “Əlbəttə. Özü də azərbaycanlı birisi ilə bu əsas idi. Çünki Azərbaycan kişiləri ailələrinə bağlı və məsuliyyətli olurlar. Həm də mənim üçün vacib idi ki, hamı bilsin ki, mənim həyat yoldaşım var”.

Azərbaycanlı müğənni ilə evlənən xalq artisti şikayətləndi

Anna ərə getməkdən məmnunluq hissi keçirdiyini desə də, o, toy gününün dəhşətli olduğunu vurğulayıb. “Deməli, toya hər şey hazır idi. Təkcə saç ustası danışmaq yaddan çıxmışdı. Mərasimə də bir saatdan da az vaxt qalmışdı. Mən otağın ortasında dayandım və qışqırdım ki, kim məni bəzəyəcək. Məcbur olub özüm saçıma əl gəzdirdim, 2 milyonluq tacı da taxdım başıma. Amma o da tez-tez sürüşürdü. Bax, ona görə, toy günüm dəhşətli olub”, – deyə müğənni bildirib.

“Toyda saçımı özüm düzəltmişdim”

Anna Netrebko Yusif Eyvazovla eyni səhnəni paylaşanda ona sadəcə tərəfdaş gözü ilə baxdığını söyləyib. “Yusif gözəl ifaçıdır. Onunla eyni səhnəni paylaşmaqdan zövq alıram”.

Ailənin maliyyə problemlərinə də toxunan opera ifaçısı hazırda bu işlə Yusifin məşğul olduğunu qeyd edib. Onun sözlərinə görə, əvvəllər o, qazandığından daha çox xərcləyirdi. Lakin ailə qurduqdan sonra  ailə büdcəsinə Yusif nəzarət edir və bu da Annanın ürəyincədir. Məşhur cütlüyün toyu dekabrın 29-da Avstriyanın paytaxtı Vyanada baş tutub. “Palais Coburg” otelində keçirilən mərasimdə Filip Kirkorov şahid kimi iştirak edib. Mərasimdə İqor Krutoy, əfsanəvi tenor Plasido Dominqo, həmçinin Azərbaycandan olan qonaqlar, musiqiçilər, bəstəkarlar və müğənnilər iştirak ediblər. Ümumilikdə toya təxminən iki yüz qonaq dəvət olunub.

BIR CAVAB BURAXIN